Evlənmək istədiyi xalası qızını yatdığı yerdə öldürdü - HACIQABULDA QƏTL

Hacıqabulda qətl törədilib. Hadisə zamanı 24 yaşlı rayon sakini öz xalası qızını qətlə yetirib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu xalası qızı, 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızını öldürüb. Gecə saatlarında  evin yataq otağına daxil olan Ayəddin Rəvanəyə boğaz və döş qəfəsindən ağır xəsarətlər yetirib. 24 yaşlı qız yerindəcə keçinib. Hadisədən digər otaqda yatan Rəvanənin nənəsi xəbər tutmayıb.

 

A.İsmayılzadə daha sonra Hacıqabul Rayon Polis Şöbəsinə gələrək təslim olub. Qətli törədən Ayəddini xarakterizə edən dostları onun çox sakit birisi olduğunu, belə bir cinayəti törətməsinə təəccübləndiklərini bildiriblər.

 

Qətlin motivi Hacıqabul Prokurorluğunda araşdırılır.

 

Qeyd edək ki, R.Məlikli ilə A.İsmayılzadənin yaxın günlərdə nişan mərasimi olacaqdı. Rəvanənin bacısı da Ayəddinin qardaşının həyat yoldaşıdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR