Xaçmazda 3 avtomobil toqquşub, ölən və yaralanan var

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazindən keçən hissəsində qeydə alınıb.

 

"Toyota Prado", " VAZ-21099" və " VAZ-2106" markalı avtomaşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisədən sonra "VAZ-2106" markalı avtomaşında yanma təhlükəsi yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR