İran nüvə razılaşmasından çıxacağını bəyan etdi
"Avropa bizi inandıra bilməsə, nüvə razılaşmasından çıxacağıq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatı İran XİN rəhbərinin müavini Abbas Əraqçı səsləndirib.
O deyib ki, Tehran bu addımı yaxın həftələrdə ata bilər: "Avropa ölkələri ilə danışıqlarımızda onlar bizi əmin edə bilmədi. Ölkəmiz isə razılaşmanın davam etməsini istəyir. ABŞ-ın bu anlaşmadan çıxması bizim üçün önəmli deyil, digər iştirakçılara inamımız böyük olsa da, gözləntilərimiz nəticəsiz qaldı və İran yəqin ki, razılaşmadan çıxacaq".
A. Əraqçı Avropa ilə danışıqlar perspektivinin aydın olmadığını, bununla da birgə fəaliyyət planının qüvvədə qalacağına şübhə ilə yanaşdıqlarını bildirib.
OXŞAR XƏBƏRLƏR
14:50
587
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
568
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
613
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1021
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
962
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1059