Azyaşlının xəsarət aldığı bağçada 2 nəfər işdən çıxarıldı, direktora töhmət verildi - GƏNCƏDƏ
Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib.
Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, 2 yaşlı Sara İsmayılovanın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar.
Eyni zamanda bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.
İki yaşlı Saranın üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, azyaşlının üzünü bağçadakı uşaqlardan biri dişləyib. Körpə qız xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
587
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
568
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
613
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1021
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
962
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1059