Bakıda gilavar əsəcək, bölgələrdə leysan gözlənilir - XƏBƏRDARLIQ

İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə  20-23, gündüz  30-35, Bakıda  gecə  21-23, gündüz  32-34 dərəcə isti olacaq.

 

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.


Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu  24-25 dərəcə isti təşkil edəcək.
 

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda  gecə  11-16, gündüz  20-25 dərəcə isti təşkil edəcək.


İyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 

Eyni zamanda, iyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR