Ərdoğan: "Putinlə mən dünyanın ən təcrübəli siyasətçiləriyik"
Rəcəb Tayyib Ərdoğan özünü və rusiyalı həmkarını dünyanın ən təcrübəli siyasətçiləri adlandırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidenti Vladimir Putinlə ortaq cəhətlərinin çox olduğunu deyib: "Mən təcrübəsi bizdən artıq olan siyasətçini yada sala bilmirəm, bəlkə də var. Amma mən və Putin yəqin ki, daha təcrübəli olarıq. Çünki təxminən 15-16 il ərzində baş nazir və prezident kimi fəaliyyət göstərmişik. Bu müddət ərzində çox işlər görmüşük, nəticələr var və qarşıda da görəcəyimiz işlər qalır".
R.T.Ərdoğan bildirib ki, Putinlə şəxsi münasibətləri iki ölkənin əlaqələrinə də müsbət təsir edib. Bu əlaqələrin yüksək səviyyədə olması Türkiyənin Suriyanın şimalında keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı və Suriya böhranı ilə bağlı Astana və Soçi görüşlərində özünü ən yaxşı şəkildə göstərib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq