Sənədsiz sürücülər, qayda pozanlar, polisə tabe olmayanlar - GÖYGÖLDƏ DYP REYDİ

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl rayonunda reyd keçirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkarlanması məqsədi daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

 

Saxlanılan 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

 

Göygöl Dövlət Yol Polisi bölməsindən bildirilib ki, yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR