Çeçenlərin Salah sevgisi - RAMZAN KADIROV FƏRMAN VERDİ

Misir yığmasının ulduzu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı olub.


APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Ramzan Kadırov fərman verib.

Ramzan Kadırov onu müsəlman aləminin böyük futbolçusu adlandırıb:

"Onun Çeçenistanın fəxri vətəndaşı olması bizi sevindirir. Bəli, o dahi futbolçudur".

Çeçen lider ümid etdiyini bildirib ki, Misir yığması Qroznı şəhərinə gələcək və yerli "Ahmat" klubu ilə yoldaşlıq oyunu keçirəcək.


Bundan əvvəl isə çeçen azarkeşlər Məhəmməd Salahı doğum günü münasibətilə təbrik edib və onun şərəfinə 100 kiloqramlıq tort sifariş veriblər.

Xatırladaq ki, Misir millisi ilk iki oyunu uduzaraq dünya çempionatına artıq vida edib. Rusiya ilə eyni qrupda çıxış edən Misir ruslara 1:3, Uruqvaya isə 0:1 hesabı ilə məğlub olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR