Keçiddən istifadə etməyən piyadanı avtomobil vurdu - VƏZİYYƏTİ ORTA AĞIRDIR
Bakının Nizami rayonunda piyadanı avtomobil vurub. Hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektində qeydə alınıb.
APA TV-nin məlumatına görə, həmin ərazidə piyadalar üçün keçid olmasına baxmayaraq, qarşı tərəfə avtomobil yolu ilə keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlu qəza şəraiti yaradıb və Səfərov Şirməmməd Nəzir oğlunun idarə etdiyi "Geely" markalı "London taxi" avtomobilinin zərbəsinə tuş gəlib.
Ağır xəsarət alan piyadanı elə onu vuran sürücü 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. R.Əliyevə lazımi tibbi yardım göstərilib. Vəziyyəti hazırda orta ağırdır.
Yol qəzasının təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:50
615
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
595
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
639
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1023
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
965
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1061