Hamburqda kütləvi qarşıdurma zamanı 117 POLİS xəsarət alıb
Almaniyanın şimalında Hamburqda kütləvi qarşıdurma zamanı onlarla etirazçı, o cümlədən 117 polis xəsarət alıb. APA TV məlumatına görə, hüquq mühafizə orqanları ilə yaranan çaxnaşmaya səbəb yerli hakimiyyətin uçqun təhlükəsi səbəbindən Rote Flora mədəniyyət mərkəzini bağlamaq planıdır. Bu mərkəz 19-cu əsrdə tikilmiş teatrın binasında yerləşir və son illər radikal solçuların toplanma yeri olub. Bağlanma xəbərindən sora 7 min 300 etirazçı küçələrə çıxıb. Nəticədə hökumət 2 minə yaxın polisi səfərbər edib. Aksiya iştirakçıları mağazaların vitrinlərini və park edilmiş avtomobillərin şüşələrini sındırmağa başlayıblar. Son məlumatlara görə, qarşıdurmalar zamanı 117 polis əməkdaşlı xəsarət alıb. Polis təxminən 150 aksiya iştirakçısını saxlayıb.
OXŞAR XƏBƏRLƏR
16:42
310
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2084
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2075
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1922
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1363
Niderlanda yeni səfir təyin edildi
18:28
1213