Ağdamda yük maşını daşıdığı yüklə birgə yandı
Ağdamda ot bağlaması daşıyan yük maşını yükü ilə birlikdə yanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Eyvazlı kəndində baş verib.
Mirəşelli kənd sakini Seymur Rəhimovun idarə etdiyi "QAZ-53" markalı yük maşınındakı ot bağlamalarına od düşüb. Sürücü maşını yanğından xilas etməyə çalışsa da, alovu söndürə bilməyib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıb. Alov söndürülsə də, avtomobil yararsız hala düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğına səbəb elektrik naqillərinin yük maşınındakı ot bağlamalarına toxunması olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
613
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
593
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
638
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1023
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
965
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1061