İnam Kərimov Şəkidə vətəndaşları qəbul edib
Kənd təsərrüfatı naziri İnam Kərimov Şəkidə vətəndaşları qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qəbulda Balakən, Zaqatala, qax, Şəki və Oğuz rayonlarının sakinləri iştirak edib.
Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər. İnam Kərimov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyinin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Qəbul zamanı nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə 70-ə yaxın vətəndaşın müraciətinə baxılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq