Novruz Məmmədov: "Azərbaycan həmişə Avropa ilə münasibətlərə loyal yanaşıb, amma..."
"Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsini uğurla icra edir". APA TV-nin məlumatına görə, bunu bu gün "2018 CAMCA" Regional Forumunda çıxış edən baş nazir Novruz Məmmədov bildirib.
O deyib ki, Azərbaycan həmişə Avropa ilə münasibətlərə loyal yanaşıb, amma: "Azərbaycana münasibətdə bu ədaləti görə bilmirəm. Azərbaycana müəyyən dəstəklər verilib, ancaq bu yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq Qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur".
Hökumət başçısı BMT-nin erməni işğalındakı ərazilərimizlə bağlı qətnamələrini xatırladıb, buna rəğmən ədalətin hələ də bərpa olunmadığını bildirib: "Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri olsa da, bu günə qədər bu məsələ ilə bağlı normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin liderləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqe gözləyir".
Qeyd edək ki, "2018 CAMCA" Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramı məzunlarının şəbəkələşməsi məqsədi daşıyır.
Proqram çərçivəsində region dövlətlərindən bir qrup gənc altı həftə ərzində Vaşinqtonda peşəkar liderlərin rəhbərlik etdiyi tədqiqat proqramında iştirak edir. 2008-ci ildən etibarən proqramda Azərbaycandan 17 nəfər iştirak edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq