Saxlanan sürücü: "Əcəb eləyirəm, adam öldürməmişəm ki?!" - AĞSUDA DYP REYDİ
Ağsu rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən reyd keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, reyd zamanı şəhərin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən qayda pozuntularına yol vermiş sürücülərə, sənədsiz avtomobil idarə edən, həmçinin tətbiq olunan cərimələri vaxtında ödəməyən sürücülərə qarşı inzibati qaydada tədbir görülüb.
Ümumilikdə 40-a yaxın sürücüyə inzibati protokol yazılıb, 7 nəqliyyat vasitəsi isə müvəqqəti dayanacağa aparılıb. Reyd zamanı yol polisi əməkdaşlarının saxla əmrinə tabe olmayan, televiziya tərəfindən video çəkilişin aparılmasına etiraz edərək operatora müqavimət göstərən sürücülər də olub.
İctimai nəqliyyat vasitələrinin sürücülərinə daha məsuliyyətli və cəmiyyətə daha qayğıkeş olmaları, yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyələrini yüksəltmələri, qanuna əməl etməyən sürücülərə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq