Neftçala sakini əkdiyi çətənə kollarına qulluq edərkən yaxalandı - XÜSUSİ ƏMƏLİYYAT

Neftçalada narkotik alverçisi saxlanılıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qədimkənd  kənd sakini Zöhrab Hüseynov tutulub.

Kənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 çətənə kolu aşkar edilərək götürülüb: "Polislər Z. Hüseynovu çətənə kollarına qulluq edən zaman elə cinayət başında saxlayıblar".

 

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bu ilin aprelində şəxsi istifadəsi üçün əkdiyini bildirib.
 

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində başlanan araşdırmalar davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR