Bodrumda gecə klubuna basqın: MÜĞƏNNİ VƏ SAHİBKAR ÖLDÜRÜLDÜ

Türkiyənin Bodrum şəhərindəki “Medusa” gecə klubunda baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər də yaralanıb.

 

APA TV-nin “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, 4 şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Hacər Tülü öldürülüb. Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

 

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıb.

 

İnsidentin səbəbləri müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR