Xocalı polisi 1 tondan çox narkotik vasitə aşkarlayaraq məhv edib

Xocalı polisi 1 tondan artıq narkotik maddəni dövriyyədən çıxarıb. APA TV-nin qərb bürosunun məlumatına görə, belə bir tədbir rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2018" şərti adı ilə keçirilən əməliyyat çərçivəsində baş tutub.

 

Goranboy rayonu ərazisində 1,4 ha otlaq sahəsində yabanı halda bitən çətənə kolları aşkar edilərək yandırılıb. Məhvedilmə əməliyyatında hüquq mühafizə orqanı əməkdaşları ilə yanaşı Xocalı rayon İcra Hakimiyyətinin rəsmisi də iştirak edib. Əməliyyat zamanı 3 min 787 ədəd, başqa sözlə desək, 1250 kq olan çətənə kolu yandırılaraq məhv edilib.

 

Faktla bağlı Xocalı RPŞ tərəfindən araşdırma aparılır, bu istiqamətdə əlavə tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR