Tərtərdə alimlər pambıqçı fermerlərlə görüşüb - XƏSTƏLƏRİN VƏZİYYƏTİ YAXŞIDIR
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun alimləri Tərtərə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, məqsəd son günlər pambıqçıların kütləvi halda zəhərləndiyi pambıq sahəsinə baş çəkmək olub.
Pambıqçı fermerlərlə görüşən mütəxəssislər bildiriblər ki, zərərverici həşəratlarla və alaq otları ilə mübarizə zamanı kimyəvi dərmanlardan istifadə qaydalarına ciddi əməl olunmalıdır. Eyni zamanda kimyəvi dərmanlardan istifadə onların təsir gücünü öyrənmək lazımdır. Dozalara ciddi nəzarət edilməli, ən vacibi isə mütəxəssislə məsləhətləşmək lazımdır. Məsələn, havaların qeyri-sabit keçməsi, yağışlı havada dərmanın yenidən islanaraq nəmlənməsi günəşli havada zəhərə çevrilir və ən güclü zəhər halına gələ bilir. Torpağın və bitkinin buxarlanması zamanı isə sahədə çalışan işçilərin səhhətində ciddi narahatlıq yaradır.
Bu arada zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən pambıqçıların vəziyyəti normaldır. Tərtər rayonun Xoruzlu kəndində pambıq sahəsində çalışarkən səhhətlərində narahatlıq yaranan işçilər zəhərlənmə diaqnozu ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Tərtər rayon ərazisində çalışsalar da onlardan 3-ü Tərtər digərləri isə Yevlax rayon sakinləridir. Onların arasında 8 uşaq valideyni ilə sahəyə gəlib. İlk narahatçılığı da elə onlar hiss ediblər.
Xəstələrin bir qisminə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti kafidir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq