İsmayıllıda sel avtomobil körpüsünü dağıtdı, kəndlə əlaqə kəsildi
İsmayıllı rayonunun Qalacıq kəndində avtomobil körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsi kəsilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən avtomobil yolunun 7-ci kilometrliyində, Qalacıq çayı üzərində olan avtomobil körpüsü selin təsiri nəticəsində dağılaraq yararsız hala düşüb.
1970-ci ildə yerli əhali tərəfindən tikilən körpü əsaslı təmir olunmadığına görə son günlər Qalacıq çayına gələn güclü sel nəticəsində dağılıb. Nəticədə kənd əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Alternativ yolun açılması üçün qısa vaxtda lazımi işlər görülüb, əhalinin gediş-gəlişi təmin edilib. Hadisə yerinə mütəxəssislər baxış keçirib. Mütəxəssislərin rəyindən sonra dağılan avtomobil körpüsünün yenidən qurulması və ya bərpa edilməsi üçün işlərə başlanacaq.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq