Sahibkarlar erməni zabitlərin üzünə durdu: "Bizə satmısınız"
Ermənistan hüquq-mühafizə orqanları hərbi hissələrdə böyük miqdarda sursat və yanacaq istismarının aşkar edilməsi ilə bağlı xəbər yayıb.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bir çox hərbi hissə komandiri 2017-ci ilin dekabrından bu günə qədər qeyri-qanuni olaraq külli miqdarda yanacaq ixtisar edərək onların satışı ilə məşğul olub və qazanc əldə ediblər.
Hərbi hissə komandirləri ixtisar etdikləri yanacağı yaxınlıqda yerləşən benzindoldurma və avtoyuma məntəqələrinə satıb, rəsmi sənədlərdə isə onların hərbi ehtiyac üçün sərf olunduğunu qeyd ediblər. Bu satışlardan əldə olunan gəlir isə yüksək rütbəli hərbçilər arasında bölünüb.
Avtoyuma məntəqələrinin sahiblərindən biri faktı təsdiq edib və gündəlik olaraq "N" saylı hərbi hissədən yanacaq aldıqlarını bildirib.
Araşdırmalar zamanı isə başqa bir "N" saylı hərbi hissədə bölmə komandirlərinin yanacaqla yanaşı, hərbi texnikaların da detallarının satışı ilə məşğul olduğu aşkarlanıb. Hətta hərbi texnikaların bütöv hissələri və sürət qutularının da satışı həyata keçirilib. Satılan detallar isə sovet dövründən qalmış detallarla əvəz olunub.
Analoji hallarla bağlı araşdırmaya başlanıb və hərbi hissə komandirlərinə qarşı cinayət işi açılıb.
Ermənistan Müdafiə Nazirliyi bu hadisənin hərbi büdcəyə külli miqdarda ziyan vurduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq