"Aqrolizinq" ASC-nin sədri: "Hava şəraiti ilə bağlı taxıl biçini 10 gün gecikib"
"Əlverişsiz hava şəraiti nəticəsində taxıl biçinində yaranan gecikmələrin aradan qaldırılmasının qarşısını almaq üçün ilk növbədə növbəlilik prinsipinə əməl olunmalıdır. Çətinliyin öhdəsindən gəlmək üçün biz bir-birimizi eşitməli, qarşılıqlı anlaşma şəraitində, mövcud imkanlar çərçivəsində taxıl biçinini vaxtında və itkisiz başa çatdırmalıyıq".
Bu fikirləri "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Seymur Mövlayev Yevlax şəhərində fermer və sahibkarlarla Yevlaxda keçirilən görüşdə səsləndirib.
Bildirilib ki, hazırda respublikada taxıl biçinini həyata keçirən 2206 texnika var. Bunun 632-si "Aqrolizinq" ASC-yə, qalanı isə hüquqi və fiziki şəxslərə məxsusdur. "Aqrolizinq" ASC-nin əsas vəzifəsi həm texnikaları hüquqi və fiziki şəxslərə lizinqə verməkdir, həm də kiçik torpaq sahəsi olan fermerlərə və aztəminatlı ailələrə servis xidməti göstərməkdir. Odur ki, böyük torpaq sahibi olan taxıl istehsalçıları texnikanı lizinq yolu ilə əldə etsələr biçin mövsümündə çətinliklər yaranmaz. Seymur Mövlayev növbəti il "Aqrolizinq"ə məxsus texnikaların üzərinə lizinqə məxsus etiketli elanlar və qaynar xəttin bildiriş lövhələrinin vurulacağını bildirib. Bu yolla da ən ucqar kənddə yaşayan fermer yaranmış problemin aradan qaldırılması üçün kənd təsərrüfatı nazirliyi ilə əlaqə yarada biləcək: "Aqrolizinq"in mövcud resursları hesabına taxıl biçininin lazımı səviyyədə həyata keçirilməsinə dəstək göstərəcəyik. Tədbirlərimiz bundan sonra da davam edəcək. Narazılıqların əsas səbəbinə gəlincə respublika ərazisində yağmurlu hava şəraiti olduğuna görə, taxıl biçini 10 günə qədər gecikib. Buda əhalinin növbəlilik prinsipində narazılıq yaradıb. Aran zonasındakı biçinlə dağlıq ərazisində olan biçin qısa müddət olduğuna görə, bununla bağlı növbəli sıxlıq yaranıb. Bizdə çalışırıq ki, prosesləri mövcud resurslarımız hesabına idarə edək. Ümid edirik ki, vətəndaşlarımızda bu məsələdə bizə yardımçı olacaq".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq