Əsəd qüvvələri və İran ordusu yeni əməliyyata başladı - RUSİYA VƏ ABŞ ÜÇÜN ÖNƏMLİ BÖLGƏDƏ
Bəşər Əsəd qüvvələri və İran ordusu ABŞ və Rusiyanın təhlükəsiz bölgə elan etdiyi Dəraya hücum hücum edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ordu qüvvələri bölgəyə aviazərbələr endirib.
Bundan əlavə Dəranın Miske qəsəbəsində müxalifətlə birləşmiş Əsəd qüvvələri və İran əsgərləri arasında toqquşma yaşanıb. Nəticədə 8 dinc sakin həlak olub, 15 nəfəri isə yaralanıb.
Sözü gedən ərazi ABŞ və Rusiya arasında əldə olunan Astana razılaşması çərçivəsində təhlükəsiz zona elan edilib, bundan sonra ABŞ, İngiltərə, İordaniya və Rusiya arasındakı razılıq sonrası müxalifətə edilən yardımlar kəsilib.
Xatırladaq ki, Əsəd qüvvələri ilə İranın bölgəyə hücum planlaşdırdığı barədə ilk məlumatı mayın 27-də Dövlət Departamentinin sözçüsü Hizer Nauert açıqlamış və ölkəsinin narahatlığını ifadə etmişdi.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq