Astarada may balının süzümünə başlanıb - MƏHSUL BOLDUR
Astarada may balının süzümünə başlanılıb. Arıçılar bu il məhsuldarlığı xeyli artırıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, may balının süzümünə bir neçə gündür başlanılıb.
Hazırda bal süzümünün qızğın çağıdır. Arıçılar aylardı çəkdiyi zəhmətin bəhrəsini indi götürür. Fermerlər bu il sevinclidirlər. Çünki onlar arı pətəklərindən bol məhsul əldə etməyi proqnozlaşdırır. Buna səbəb isə arı ailələrinin qış fəslindən itkisiz çıxması və yüksək keyfiyyətli şirə toplaya bilmələridir: "Keçən il hər arıdan 7-9 kq bal götürmüşdüksə, planda tutmuşuq bu il birinci süzümdən 97 arı ailəsinin hər birindən 14-15 kq orta rəqəmlə bal götürüm. Bu da haradasa, 1 ton 300 kq, 1 ton 400 kq edir".
"197 arı ailəsindən ilin axırına kimi 3 ton yarıma qədər bal götürəcəyəm. Topdan satışı 15 manata veririk, amma kilo-kilo 20-25 manat arasında dəyişir".
Yığılan bal fermerlər tərəfindən elə həyətlərdə süzülür. Əldə olunan məhsul isə ev şəraitində saxlanılır. Arıçılar balın bazara çıxarılmasında çətinlik çəkdiklərini bildirir. Fermerlər satış üçün sərgilərin ildə ən azı 4-5 dəfə təşkil olunmasını təklif edirlər. Bundan başqa əsas problemlərdən biri də qablaşdırma sexinin olmamasıdır: "Süzümləri hansı çərçivələr tam möhürlənibsə, həmin çərçivələri arı yeşiklərindən çıxarırıq, bal süzənlə üzünün qaymağı götürülür. Gün ərzində 700 kq bal süzə bilirik. Saxlama yeri hazırlanır, sərin yerdə saxlanılır".
"Dövlətimiz tərəfindən 2-3 yerdə ən azı tədarük bazası yaradılsa yaxşı olar. O, cümlədən bizim bölgəmizdə də qablaşdırma sexi yaradılsa, bizim üçün çox əlverişli olar. Çünki istehsal etdiyimiz balı biz qablaşdırıb brend üsul ilə xaricə çıxara bilərik".
Hazırda rayonda 1200 təsərrüfatda 30 mindən çox arı ailəsi bəslənilir. Bu mövsüm arı ailələrindən 400 tona yaxın məhsul gözlənilir. Ötən il isə rayonda 300 ton məhsul əldə olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq