Üç ölkə hərbi əməkdaşlığa başlayır - TÜRKİYƏ ƏTRAFINDA

İsrail, Yunanıstan və Cənubi Kipr müştərək hərbi əməkdaşlıq üçün bir araya gəlir.


APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hər üç ölkənin müdafiə naziri bölgədə təhlükəsizliyin təmini, hərbi ittifaqın möhkəmləndirilməsi, dənizlərdə əməkdaşlıq və enerji təhlükəsizliyi kimi məsələləri müzakirə etmək üçün cümə günü Cənubi Kiprdə toplanacaq.


Görüşün gündəliyində Aralıq dənizində xilasetmə əməliyyatlarının aparılması barədə məsələlər də yer alır. Cənubi Kiprdən verilən açıqlamaya görə, bu görüş bölgənin təhlükəsizliyi üçün mühüm bir hadisədir və hər üç ölkə dənizlərdə təhlükəsizliyin təminatı üçün birgə layihələr həyata keçirməlidir.


Qeyd edək ki, bir müddət öncə Türkiyə tərəfi Cənubi Kipr sahillərində təbii qaz axtarmaq məqsədilə bölgəyə gələn İtaliyanın "ENİ" adlı enerji şirkətinə məxsus gəmilərə mane olmuş və buna görə də şirkət axtarışlardan imtina etmişdi.  

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR