Restoran gözətçisi Kürdə boğuldu - NEFTÇALADA

Neftçala sakini Kür çayında batıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

Aşağı Qaramanlı kənd sakini - 1976-cı il təvəllüdlü Novruzov Baba Fəxrəddin oğlu Kür çayının həmin ərazidən keçən hissəsində  çimərkən boğulub. Yaxınlıqdakı restoranda gözətçi işləyən kənd sakininin suda boğulma səbəbləri tibbi ekspertizanın yekun rəyi əsasında yaxın 10 gün ərzində müəyyən ediləcək.

Faktla bağlı Neftçala rayon Prokurorluğu tərəfindən  araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR