İran və İraqdan çağırış, ABŞ-OPEC qarşıdurması - NEFT BAZARI VYANAYA ÜMİDLİDİR
OPEC üzvlərinin istehsalı artırmaqla bağlı razılaşmaya həvəsli olması "Brent" neftinin ucuzlaşmasına səbəb olub.
APA TV-nin məlumatına görə, İranın neft naziri Bijan Namdar Zəngani həftənin əvvəlindəki açıqlamasından fərqli olaraq həftəsonu OPEC toplantısının nəticəsinin müsbət olacağını bildirib.
Neft sərmayədarları təşkilatın qərarını gözləyir. Üzv ölkələr cümə günü Vyanada keçiriləcək son illərin ən ciddi toplantısına hazırlaşır. Səudiyyə Ərəbistanın enerji naziri Xalid əl-Falih isə bütün həmkarlarının vəziyyəti dəyişdirməyin vaxtının çatdığı fikrində olduğunu deyib.
ABŞ-da dünən açıqlanan rəsmi hesabata görə, ötən həftə neft ehtiyatları 5,91 milyon barel azalıb. Bu səbəbdən "Brent" neftindən fərqli olaraq Qərbi Texas markası bahalaşıb.
Əgər OPEC üzvləri və əməkdaş ölkələr istehsalı artırmağa razılaşsa, bu, qiymətlərə uzun müddət təsir göstərəcək və ucuzlaşma bir müddət davam edəcək. Ancaq ABŞ-da ehtiyatlar azalmaqda davam etsə, qiymətlərin ucuzlaşması dayana bilər.
Hazırda "Brent" markalı neftin bir bareli 74,29 dollardan, WTI nefti isə 65,47 dollardan satılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq