Bağdadda şiə silahlı birlikləri ilə polis arasında insident - YARALILAR VAR

Bağdadda "Haşdi Şabi" ilə İraq polisi arasında insident olub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına, qarşıdurma zamanı bir neçə asayiş keşikçisi yaralanıb.

İraq paytaxtının Fələstin prospektində hökumət qüvvələrinin keçidə qadağa qoyduğu əraziyə doğru hərəkət edən "Haşdi Şabi" birliklərinə xəbərdarlıq edilib.

Mübahisə zamanı silahlardan istifadə edilib və üç polis güllə yarası alıb.

Başqa bir iddiaya görə, polislər onlardan ərazidən keçərkən silahlarını təhvil vermələrini tələb edib.

İraq Daxili İşlər Nazirliyi (DİN) və "Haşdi Şabi" rəhbərliyi arasında insidentlə bağlı müzakirələr başlayıb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR