Azərbaycan-İran sərhədində atışma - SƏRHƏDÇİMİZ AĞIR YARALANDI
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin Cəlilabad rayonu ərazisində sərhədi pozan şəxslərlə hərbçilər arasında atışma olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, sərhədçilərin "Dayan!" əmrinə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərib.
Atışma zamanı bir sərhədçi yaralanıb.
Yaralanan sərhədçi - Balakən rayonundan hərbi xidmətə çağırılmış Ramazan Məmməd oğlu Krupov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Bir neçə güllə yarası alan R. Krupov üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Reanimasiya şöbəsində müalicəsi davam etdirilən hərbi qulluqçunun həyatı təhlükəsi olmasa da, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sərhəd pozucularının aqibəti barədə hələlik məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq