Hindistanda müsəlman inək kəsdiyinə görə öldürüldü - KÜTLƏ İKİ NƏFƏRİ LİNÇ ETDİ

Hindistan vətəndaşları inək kəsdiklərinə görə linç edilib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qəzəbli kütlə tərəfindən döyülən Uttar-Pradeş ştatının sakinlərindən biri xəstəxanada keçinib.

Hadisə Hapur rayonunda qeydə alınıb.

 

Bir neçə nəfər 38 yaşlı Qasim və 65 yaşındakı Şamiuddin adlı şəxslərin inək kəsdiyini və bunu gördüklərini iddia edib.

Bundan sonra ərazidə qəzəbli kütlə toplaşıb.


Onlar ittiham edilənləri amansızlıqla döyərək kilometrlərlə sürüyüb və məbədə gətiriblər.

Orada olan kahinlərdən biri kütləni sakitləşdirməyə çalışıb. Hadisə yerinə gələn polis xəsarət alanları huşsuz vəziyyətdə xəstəxanaya çatdırıb, lakin onlardan Qasim adlı şəxsin həyatını həkimlər xilas edə bilməyib.


Hücuma uğrayan şəxslər müsəlmanlardır. Hindistanda müsəlmanlar heyvan kəsdiklərinə və ət yediklərinə görə dəfələrlə təcavüzə məruz qalıb.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR