Polisə xəsarət yetirib qaçdı, qəza törətdi - GƏNCƏDƏ İNSİDENT

Gəncədə sürücü ilə polis arasında yaranmış mübahisə sonradan hər ikisinin xəsarət almasına səbəb olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxışında, Nizami Gəncəvi prospektində qeydə alınıb.

 

İlkin məlumata görə, şəhər sakini, 1999-cu il təvəllüdlü Hafiz Vəliyevin qaranlıq bir yerdə park etdiyi “Mercedes” markalı avtomobil şübhəli təsiri bağışladığından polis əməkdaşı, 1985-ci il təvəllüdlü Emin Cəfərov ona yaxınlaşıb və sənədini göstərməsini istəyib. Bu vaxt onların arasında insident yaranıb və H.Vəliyev avtomobillə uzaqlaşmaq istəyəndə E.Cəfərova xəsarət yetirib. Daha sonra özü də yol qəzası törədib və xəsarət alıb.

 

Şahidlərin sözlərinə görə, avtomobildə başqa bir oğlan da var imiş, ancaq o, insident zamanı ərazidən qaçıb.

 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR