Masallı və Lənkəranda polis reydi - "DAYAN" ƏMRİNƏ TABE OLMADILAR
Lənkəran rayonundan sonra Masallı rayonunda da hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə reyd təşkil olunub. Reyd zamanı müxtəlif qayda pozuntuları aşkarlanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, avtoreyd Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq Masallı və Lənkəran rayon DYP Bölmələri ilə yanaşı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 11-ci taqımının iştirakı ilə baş tutub. Rayonun müxtəlif küçə və prospektlərini əhatə edən reyddə müxtəlif qayda pozuntularına rast gəlinib.
Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyənlərdən tutmuş, polisin "Saxla!" tələbinə məhəl qoymayıb avtomobilini müfəttişlərin üstünə sürən sürücülər də tapıldı.
Qaydaları pozan bütün sürücülər barəsində qanunauyğun şəkildə tədbirlər görülüb. Bəzi nəqliyyat vasitələri isə cərimə meydançasına yerləşdirilib.
11-ci taqımın komandiri Hikmət Qafarov reydin əsas hədəflərini də açıqlayıb:
"Keçirilən reyddə sərxoş sürücülər aşkarlanıb, konstruksiya dəyişikliyi olunan avtomobillər duracağa yerləşdirilib. Sürücülük hüququ olmayan və digər inzibati xəta pozuntusu törədən sürücülərə qarşı tədbirlər görülüb".
Əsasən sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan bu cür reydlərin ayın 22-dək günün müxtəlif vaxtlarında keçirilməsi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq