Şəkidə oğurluq edən dəstə saxlanılıb
Şəkidə uzun müddət oğurluqla məşğul olan gənclərdən ibarət dəsdə zərərsizləşdirilib. Şəki Şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, son 6 ay ərzində şöbəyə oğurluq hadisəsi ilə əlaqədər daxil olmuş ərizə və şikayətlərlə bağl əməliyyat-axtarış tədbirləri keçirib. Keçirilmiş əməliyyat zamanı məlum olub ki, Şəki sakinləri Sadiq Sadıqov, Nicat Quliyev, Cavidan Musayev, Ayaz Zəkəriyəyev, Elvin Həmidli, Məhəmməd Alxasov, Seyran Məhəmmədli və İntiqam İsmayılovun olduğu cinayətkar dəstə 6 ay ərzində şəhər ərazisində müxtəlif zamanlarda dükan ev və avtomobillərdən oğurluq ediblər. Cinayətkar dəstə oğurluq zamanı əsasən avtomobillərin audio sistemlərini, evlərdən elektron avadanlıqlar və s. əşyaları oğurlayıb. Dəstənin üzvləri saxlanılma zamanı polisə müqavimət göstərib. Həmçinin onlardan Seyran Məhəmmədli dindirilmə zamanı polis əməkdaşına baş zərbəsi endirib:
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi