24 yaşlı gənc balıq tutarkən çayda boğuldu - LERİKDƏ

Lerikdə gənc oğlan çayda batıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lerikin Piran kəndi ərazisindən keçən çayda baş verib.

 

Lerik rayon sakini, 1994-cü il təvəllüdlü Həbibullayev Ramin İlqar oğlu çayda balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Bundan sonra xilasedicilərə məlumat verilib.

 

24 yaşlı gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyit FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR