Zaqatalada dördotaqlı ev yanıb - SƏBƏBİ BİLİNMİR

Zaqatalada fərdi yaşayış evi yanıb. Hadisə bu gün saat 17:00 radələrində rayonun Yuxarı Çardaxlar kəndində baş verib.

 

Yanğın kənd sakini, Novruzov Nurlan Əhməd oğluna məxsus, ümumi sahəsi 90 kv/m olan ikimərtəbəli 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, ev sahibi Nurlan Novruzov Zaqatala RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşıdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR