Menbiçdə əməliyyatlara start verilir - PYD/YPG TƏRKSİLAH OLUNACAQ

Türk ordusu Menbiçdə yeni mövqelərdə yerləşməyə davam edir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-la birgə əməliyyata başlama haqqında razılaşmadan sonra iyunun 18-də Türkiyə ordusu Menbiçin ətrafında möhkəmlənməyə başlayıb.

Artıq iki gündür ki, Türkiyə ordusu bölgəyə yeni qüvvələr cəlb edir və texnikaların yerləşdirilməsi təşkil edilir.

 

ABŞ-a məxsus helikopterlər isə Menbiç üzərində uçuşlara başlayıb və vəziyyətə nəzarət edir.

 

Həmçinin bildirilir ki, PYD/YPG terrorçuların tərksilah olunması mərhələsinə də bir neçə gün ərzində başlanacaq. 

 

Pentaqondan da Menbiçdəki əməliyyat barədə açıqlama verilib. Pentaqon sözçüsü Ryan Braun "Menbiç əməliyyatl hələ başlanğıc mərhələsindədir. Əsas məqsəd bölgənin təhlükəsizliyini qorumaqdır. Menbiçi bölgənin əsgərlərindən yaradılacaq hərbi ittifaq mühafizə edəcək. Bizə verilən əsas məlumat türk əsgərlərinin Menbiçin içinə daxil olmayacağı ilə bağlıdır" - deyə, açıqlama verib. 

 

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı

OXŞAR XƏBƏRLƏR