Mövlana Cəlaləddin Rumi Şəkidə anıldı
Mövlana Cəlaləddin Ruminin vəfatının 740-cı ildönümü və Seyid Yəhya Şirvaninin (Bakuvinin) 550 illik yubileyi münasibətilə Şəkidə beynəlxalq konfrans keçirilib. APA TV-nin məlumatına görə, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gəncliyə Yardım Fondu və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan və Türkiyənin tanınmış alimləri, müəllim və tələbələri iştirak ediblər. Konfransda çıxış edənlər Azərbaycan ilə Türkiyənin tarixi birliyindən danışıblar.
Konfransda o da qeyd edilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü il “Seyid Yəhya Bakuvi ” ili elan edilib və bununla da dünya müstəvisində Seyid Yəhya Şirvani xəzinəsinə dərindən baxış üçün geniş imkanlar yaradılıb. Sonda tədbirdə iştırak edəm alimlər mühazirə söyləyiblər.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi