Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb

Cəlilabadda qədim dövrə aid  əmək alətləri tapılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Şatırlı kəndində kənd sakinləri tərəfindən tapılan maddi-mədəniyyət nümunələrindən birinin əkinçilik aləti olduğu ehtimal olunur.

İti uclardan ibarət cilalanmış daşa ağac bərkitməklə ondan yumşaq yerlərin şumlanmasında istifadə olunub. Tarixçi Elşad Əmənovun sözlərinə görə, bu əmək aləti sözügedən ərazidə tapılmış nadir mədəniyyət nümunələrindən hesab olunur: "Bunun tapılmasının əhəmiyyəti ondan ibarətdir ki, burda qədim əkinçilik dövrünə aid alətlər tapılmışdı, bu da toxa əkinçiliyinin mövcudluğunu isbatlayan daş əmək alətindən biridir. Bunu təqribi neolit dövrünə aid etmək mümkündür. Yəni tox əkinçiliyində istifadə olunan əmək alətidir".

 

Digər tapılmış əmək aləti isə qədim insanların  daşdan hazırladıqları və geniş istifadə etdikləri bıçağın qalıqlarıdır: "Daşdan hazırlanmış... Yəni bunlar eyni materialdır. Daşdan hazırlanmış bıçaqdır. Dəstək hissəsi çox gözəl, estetik cəhətdən də qəşəng hazırlanıb. Tiyə hissəsi sınıb, amma dəstək hiss sınıb, amma dəstək hissəsi qalıb".

 

Şatırlı kəndində qədim dövrlə yanaşı orta əsrlərə aid olan üzərində xüsusi  naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçinin sözlərinə görə, bu kimi tapıntının ərazidə aşkar olunması burada orta əsrlərdə toxuculuğun ən yüksək mərhələdə inkişaf etdiyini deməyə əsas verir. Tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və etnoqrafiya institutuna məlumat verilib.

 

 

 

 

Müəllif | Apa.Tv
Elnur Ələkbərov

OXŞAR XƏBƏRLƏR