Şamaxıda 3 qardaş əmilərini döyüb xəstəxanalıq etdi
Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Bağırlı kənd sakini, 1975-ci il təvəllüdlü Bəhərçin Əliməmməd oğlu Almirzəyev baş və bədəninin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Bəhərçin Almirzəyev qardaşı oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağac və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır.
Qohumlar arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir. Bəhərçin Almirzəyev qeyd edib ki, qardaşı oğlanları əvvəlcə küçədə onun oğlunun qarşısını kəsərək onu nalayiq sözlərlə təhqir ediblər. Əmi qardaşı oğlanlarına tərbiyəli olmağı tövsiyə etdiyi zaman isə qəflətən onların hücumuna məruz qalaraq ağır xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq