Türkiyədə sərnişin avtobusu yoldan çıxaraq aşıb - 45 YARALI VAR
Türkiyənin Aydın vilayətinin Söke bölgəsində ağır yol qəzası baş verib. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, turizm şirkətinə məxsus sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Məlumata görə, Şaban Özdərənin idarə etdiyi avtobus Bodrum-İstanbul marşrutu üzrə hərəkət edirmiş. Qaranlıq yolda sürücü idarəetməni itirib və avtobus yol kənarına aşıb.
Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ətraf bölgələrdəki xəstəxanalara çatdırılıb. Sürücü özü də xəsarət alanların arasındadır. Yaralılardan ikisinin vəziyyətinin daha ağır olduğu bildirilir.
Yol qəzasının səbəbləri barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
14:50
692
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
667
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
712
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1033
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
975
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1069