İsveçdə kriminal avtoritetlərin qarşıdurması - 2 ÖLÜ, 3 YARALI
İsveçin Malmö şəhərində atışma olub. APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisi xəstəxanada ölüb.
Dünyasını dəyişən şəxslərin birinin 18 yaşlı, digərinin isə 29 yaşlı kişi olduğu deyilir. Hazırda polis hadisənin səbəblərini, ölən və yaralıların şəxsiyyətini müəyyənləşdirir. İnsidentlə əlaqədar hələ ki saxlanılan yoxdur. Səbəblər barədə açıqlama verməyən polis hadisənin terrorla əlaqəli olmadığını bildirib.
İsveçin “Sydsvenskan” qəzeti xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. Naməlum silahlı şəxslər insanlara hərəkət edən avtomobildən atəş açıb. Məlumata əsasən, yaralılardan üçü kriminal aləmdə tanınan şəxslər olub.
OXŞAR XƏBƏRLƏR
14:50
691
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
666
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
711
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1033
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
975
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1069