Ağsu aşırımından aşan yük maşınının sürücüsü öldü, sərnişin ağır yaralıdır
Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün saat 16:30 radələrində “Mercedes” markalı yük avtomobili Ağsu çayı üzərindəki körpüdən bir qədər aralı yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü İmamverdiyev Rahib Əhmədalı oğlu və sərnişini, 1981-ci il təvəllüdlü Vahidov Niyaməddin Şöhlü oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, R.İmamverdiyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
692
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
667
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
712
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1033
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
975
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1069