Hacıqabulda ağır yol qəzası - sürücü öldü, azyaşlı oğlu yaralandı
Hacıqabulda ağır yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində qeydə alınıb.
“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.
Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli Şahpələngli isə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:50
692
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
14:48
667
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:20
712
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
13:21
1033
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
975
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
1069