Azərbaycan Ordusu cəbhə xəttində təlimlər keçirdi - 2000 ƏSGƏRLƏ
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim başa çatıb.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərə 2.000 nəfərədək şəxsi heyət, 60-dək tank və digər zirehli texnika, 250-dək təkərli və xüsusi texnika, 70-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan cəlb olunub.
Qoşunların hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb və cəmləşmə rayonlarına çıxarılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.
Təlimin əməliyyat şəraitinə uyğun olaraq qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması və müdafiənin əlverişli hədlər üzrə bərpa olunması tapşırıqlarını yerinə yetiriblər. Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq