Tramp Krımı Rusiya ərazisi sayır? - AĞ EV SUSUR

Trampın Krım haqqında fikri sensasiya yaradıb.

 

APA TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Krımın Rusiyaya aid olduğunu bəyan edib. Trampın fikrini qəfil dəyişməsi isə rezonansa səbəb olub.

 

ABŞ mətbuatının yazdığına görə, bir müddət əvvəl G7 sammiti çərçivəsində düzənlənən “Yeddilər”in axşam yeməyində daxili siyasətlə bağlı müzakirələr zamanı Donald Tramp Krımın Rusiyaya aid olduğunu deyib. Yerli mətbuat bu məlumatı diplomatlara istinadən yayıb. Mənbədən daxil ola məlumata görə, Krımdan söz düşəndə Tramp deyib ki, “Krım Rusiyanın ərazisidir, çünki orada yaşayan əhali rus dilində danışır”. Daha sonra ABŞ prezidenti guya Qərbin Ukraynaya dəstəyini şübhə altına alıb və Ukraynanı "dünyanın ən korrupsioner" dövləti adlandırıb.  

 

Bu fikirlərin həqiqət olub-olmadığını bilinmir. Ağ Ev isə məsələni şərh etməkdən imtina edir.


Xatırladaq ki, Tramp G7 sammitində Rusiyanın danışıqlar masasına oturmalı olduğunu və Avropa ölkələrinin istəyindən asılı olmayaraq dünyanın səkkiz aparıcı ölkəsi arasına qayıtmasının zəruri olduğunu bildirib.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR