Ağdaşda meşədə narkotik yetişdirən 2 kişi tutuldu
Ağdaş rayonunda meşə sahəsində narkotik bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 8-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri - 1962-ci il təvəllüdlü Rafael Söyün oğlu Atakişiyev və həmyaşıdı Bağdı Qubad oğlu Mustafayev tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.
Polis əməkdaşları əraziyə baxış keçirən zaman oradan uzunluğu 30 sm-dən 1.90 sm-dək, çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd çətənə kolu götürüblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq