Gəncədə "ASAN Xidmət"
Gəncədə respublikada sayca beşinci “ASAN Xidmət” Mərkəzi açılıb. APA TV-nin xəbərinə, mərkəzin inzibati binasının tikintisinə 2013-cü ilin mart ayında başlanıb. Bina və binanın qarşısında parkın tikintisi üçün 6 min 500 kvadratmetr sahə ayrılıb. Binanın qarşısında yerləşən parkda uzunluğu 8, hündürlüyü 4 metr olan led-panel qurulub. Paneldə Məkəzdə göstərilən xidmətlər, rüsumlar, Mərkəzin əhatə etdiyi rayonlara aid informasiyalar nümayiş olunacaq.
Açılış mərasiminə Prezident Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edib. Mərkəz Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edir. Ümumilikdə Mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.
Mərkəzdə müasir innovativ yeniliklər tətbiq olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi