AKP-li millət vəkilinə və partiya üzvlərinə silahlı hücum - 3 ÖLÜ, 9 YARALI
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili İbrahim Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb. Hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.
APA TV-nin “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə Xalqların Demokratik Partiyasının (HDP) üzvləri olduğu ehtimal edilən şəxslər arasında əvvəlcə mübahisə yaranıb. Sonra həmin şəxslər odlu silah, bıçaq və dəyənəklərlə hakim partiya üzvlərinə hücum edib.
Hücum nəticəsində İbrahim Halil Yıldızın qardaşı Mehmet Ali Yıldız və daha 2 nəfər dünyasını dəyişib. Aralarında deputatın dörd yaxınının da olduğu 9 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq