Əli Əhmədov: "Sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil"
"O zamankı hakimiyyət ölkədə sabitliyi təmin edə bilmədi, ermənilər Azərbaycan ərazilərini işğal etdilər. Ciddi böhran yaşanırdı. Ölkəni bu vəziyyətdən ümummilli lider Heydər Əliyev çıxardı".
APA TV-nin məlumatına görə, bunu 15 iyun - Qurtuluş günü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O, təəssüf hissi ilə bildirib ki, sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil. Əli Əhmədov xüsusilə gəncləri bu barədə diqqətli olmağa, sosial şəbəkə pərdəsi arxasında gizlənib tərbiyəsizlik edənlərə qarşı aktiv olmağa səsləyib.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Eldar Quliyev Qurtuluş gününün tarixi barədə geniş məlumat verib. O bildirib ki, xalqın iradəsi nəticəsində Heydər Əliyev Bakıya qayıtdı və Azərbaycanı xilas etdi.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq