Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət edib
Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
APA TV-nin məlumatına görə, F.Heydərov jurnalistlərə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyi baxımından həlledici gündür. O, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb: "Bir salnamə vardı və o, Azərbaycanımızın inkişafı salnaməsidir. Azərbaycanın dünya ölkələri içərisində öz yerini tutması, hətta bu çətin dövrdə belə sülhün, əmin-amanlığın hökm sürdüyü ölkəyə çevrildi".
F.Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: "Son prezident seçkilərində də xalqımız bir daha prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bu gün Azərbaycanın taleyi etibarlı əllərdədir".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq