Paşinyan Putinlə görüşdü: "Aramızda xüsusi münasibət var"
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin strateji olduğunu söyləyib.
"Rusiya Ermənistanla ticarət dövriyyəsində ilk yerini əminliklə qoruyub saxlayır. Biz ticarət-iqtisadiyyat sahəsində bir nömrəli tərəfdaşıq. Ötən il ticarət dövriyyəsinin həcmi 30 faizdən çox artıb. Bu il də artım müşahidə olunur", - V.Putin belə deyib.
N.Paşinyan isə çıxışında Rusiya və Ermənistan arasındakı münasibətlərin xüsusi olduğunu vurğulayıb:
"Əmin edirəm ki, bu cür əməkdaşlıq daha da möhkəm olacaq. Düşünürəm ki, həm Ermənistanda, həm də Rusiyada bu münasibətlərin inkişafından məmnundurlar. Ümid edirik ki, bu münasibətlər hər iki xalqa və dövlətə, ölkələrimizin maraqları və suverenliyinə hörmət əsasında daha da effektiv inkişaf edəcək. Bu çox vacibdir".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq